waplog

Enerjidoldurma stansiyası “SkyX” dronları üçün qeyri-məhdud uçuş uzaqlığını təmin edəcək


Pilotsuz uçan aparatlar (dronlar) sənayedə geniş tətbiq edilir, həmçinin yüklərin çatdırılmasında, zavod, ferma və ya qoruqların ərazilərinin monitorinqində istifadə olunur. Ancaq pilotsuz təyyarələr ucqar yerlərdə tamamilə faydasızdır, çünki dronların uçuş uzaqlığı məhduddur. İndi “SkyX” şirkəti enerji doldurmaq üçün ilk “xStation”  birləşdirici stansiyasını qurub və bu, dronların uçuş uzaqlığını artırmağa kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, sistem “SkyOne” adlı avtonom işləyən pilotsuz hibrid təyyarələrlə işləmək üçün nəzərdə tutulub. Hazırda “SkyOne” 100 kilometr məsafəni qət edə bilir. Ancaq bəzi obyektlərin, məsələn, qaz kəmərlərinin monitorinqi üçün bu uçuş uzaqlığı kifayət deyil, çünki dron yenidən enerji doldurmaq üçün geri qayıtmalıdır.

Amma dronları müvafiq vaxtda enerji ilə doldurmaq üçün “xStation” enerjidoldurma stansiyasını marşrut xəttinin müəyyən nöqtələrində qurmaq olar. “SkyOne” pilotsuz təyyarəsi enerjisinin çox hissəsini itirdikdə alqoritm ​ yaxınlıqda yerləşən stansiyanı tapmağa kömək edir.

“xStations” enerjidoldurma stansiyalarının marşrut xətti boyunca yerləşdirilməsi “SkyOne” pilotsuz təyyarələrinin uçuş uzaqlığını artırmağa imkan verəcək. Şirkət uğurlu sınaqlardan sonra cari ilin iyulunda ilk “xStations” stansiyasını quraşdırmağı planlaşdırır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL