waplog

“Pixel” və “Nexus” smartfonlarının texniki dəstəyi nə vaxt dayandırılacaq?


“Google” şirkətinin rəsmi bloqunda bütün işlək smartfonların texniki dəstək qrafiki dərc edilib. “Pixel” və “Nexus” istehsal xəttindən olan smartfonların buraxılışının dayandırılması ilə birlikdə onlara texniki dəstəyin göstərilməsi də sona yetəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Gagadget” resursuna istinadən yazır ki, hazırkı qabaqcıl “Google Pixel” və “Google Pixel XL” modellərinin proqram təminatı 2018-ci ilin oktyabrınadək yenilənəcək. Həmçinin, onlar üçün təhlükəsizlik yeniləmələri 2019-cu ilin oktyabrınadək buraxılacaq. Qurğuların texniki dəstəyi də həmin dövrdə başa çatacaq.

Şirkətin əvvəlki qabaqcıl modelləri - “Google Nexus 6P” və “Google Nexus 5X” üçün hərtərəfli dəstək 2018-ci ilin sentyabrında dayandırılacaq.

“Google Nexus 6” və “Google Nexus 9” modelləri üçün yeniləmələrin və dəstəyin 2017-ci ilin oktyabrınadək həyata keçirilməsi nəzərdə tutulur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL