waplog

2019-cu ildə fərdi kompüter qurğuları bazarında artım qeydə alınacaq


“IDC” analitiklərinin hesabatına əsasən, 2016-2021-ci illərdə dünyada fərdi kompüter (FK) qurğularının (kompüter və bütün növ planşetlər) satış həcmi 435-dən 405,2 milyonadək azalacaq. Bununla belə, 2019-cu ildə FK bazarında yenidən artım qeydə alınacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, hərçənd ki, 2017-ci ilin birinci rübündə FK bazarında 2012-ci ildən bəri ilk dəfə kiçik artım qeydə alınıb, ancaq analitiklər əmindirlər ki, tezliklə FK-nin satış həcmi yenidən azalmağa başlayacaq. Bu halda noutbuk  seqmentində korporativ bazarda tələbatın yüksəlməsi sayəsində artım davam edəcək.

Planşetlər seqmentində ümumi mənzərə əvvəlki kimidir. Ənənəvi planşetlərin satış həcmi azalır, halbuki klaviaturaya malik planşetlərə tələbat artır. Lakin 2016-cı ildə klaviaturaya malik planşetlərin satış həcmi analitiklərin hesab etdiyi qədər yüksək olmayıb, bununla əlaqədar proqnoza yenidən baxmaq zərurəti yaranıb. Planşet bazarının təxminən 50%-nə “Microsoft” və “Apple” şirkətləri nəzarət edirlər, sözügedən şirkətlərin məhsulları yüksək qiymət və buraxılış dövriliyi ilə fərqlənir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL