waplog

“Toshiba” şirkəti 13 saat avtonom işləyən noutbuk təqdim edib


“Toshiba” şirkəti uzun müddət avtonom işləyə bilən “Tecra X40” yığcam kompüterini təqdim edib.
İstehsalçı yeni noutbuku 48 Vatt/saat tutumunda akkumulyator batareyası ilə təchiz edib və bunun sayəsində qurğunun avtonom iş vaxtı 13 saat təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, noutbuk “Intel” şirkətinin müxtəlif prosessorları, həmçinin “Core i7” ilə işi dəstəkləyir. Ancaq hazırda satışda yalnız “Core i5-7300U” çipi ilə təchiz edilmiş “Tecra X40-D1452” modeli əlçatandır.

14 düymlük ekranın təsvir ölçüsü 1920x1080 və ya 1366x768 piksel təşkil edir. Ekran sensor toxunuşu dəstəkləyir. Noutbukun qalınlığı 16,9 mm, çəkisi təxminən 1,25 kq-dır.

Bundan başqa, noutbuk, həmçinin 8 QB-dək əməli yaddaş, 256 QB-lıq sərtgövdəli daşıyıcı, “Intel Wireless-AC 8265” simsiz rabitə modulu, “Intel i219-LM” şəbəkə kartı, “USB 3.0” konnektorları, “DisplayPort” şinini dəstəkləyən “USB 3.1 Type-C” və “HDMI” video çıxışı ilə təchiz edilib.

Noutbukda barmaq izi skaneri, “TPM” modulu və istifadəçinin sifəti üzrə eyniləşdirmə sistemi əlçatandır. Qurğunun korpusu cızıqlara qarşı, klaviatura isə suya qarşı dayanıqlıdır.

“Toshiba Tecra X40-D1452” modelinin qiyməti 1330 dollardır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL