waplog

“Huawei Mate 10” basılma gücünə reaksiya verəcək


“Huawei” şirkəti bazarda mövqeyini möhkəmləndirməkdə davam edir. “Apple” və “Samsung” bir-biri ilə rəqabət apararkən, iddialı Çin istehsalçısı yeni texnologiyaların tətbiqi və qeyri-adi ideyaların həyata keçirilməsi ilə məşğuldur. İki il əvvəl məhz “Huawei” iki sənaye nəhəngini geridə qoyaraq “Force Touch” texnologiyasından ilk dəfə “Mate S” smartfonunda istifadə edib. Lakin “iPhone” smartfonunda istifadə edilən “3D Touch” texnologiyasının “Huawei” texnologiyasını üstələməsinə baxmayaraq əzmkar çinlilər ruhdan düşmək fikrində deyillər. Belə ki, bu yaxınlarda internetdə şirkətin yeni güc təsiri texnologiyası üzərində çalışması və “Huawei 4D Touch” əmtəə nişanının qeydə alınması ilə bağlı məlumatlar yayılmağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, hazırda yeni texnologiyanın necə həyata keçiriləcəyi və nə dərəcədə faydalı olacağı barədə məlumat verilmir.

Bildirilir ki, “4D Touch” texnologiyasını dəstəkləyəcək ilk qurğunun, ilkin məlumatlara görə, payızda təqdim ediləcək “Huawei Mate 10” smartfonu olacağı gözlənilir. Bundan əlavə, yeni texnologiya “Huawei” şirkətinin 2018-ci ildə istehsal edəcəyi bütün qabaqcıl modellərdə tətbiq olunacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL