waplog

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib


Populyar “Viber” messencerinin yeni yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq “iOS” və “Android” platformaları üçün əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi “Viber” messenceri vasitəsilə “YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.

Həmçinin messencerin “Android” versiyasında açar sözlər üzrə stiker və “Gif” şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, sözügedən funksiya “iOS” platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş “rich” bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL