waplog

Hakerlər elektron siqaretin köməyilə fərdi kompüterlərə müdaxilə edə bilərlər


Londonda keçirilmiş “BSides” konfransında informasiya təhlükəsizliyi üzrə ekspert Ross Bevinqton elektron siqaretin köməyilə kompüterə müdaxiləni nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, elektron siqaret vasitəsilə fərdi kompüterə müdaxilə ona əsaslanır ki, cihazlar enerji toplamaq üçün çox vaxt elektrik rozetkasına deyil, “USB” vasitəsilə kompüterə qoşulur. Əgər elektron siqaretə xüsusi mikrosxem daxil edilsə, kompüteri bunun klaviatura olduğuna “inandırmaq” olar və bu halda kompüter qurğu tərəfindən göndərilən komandaları yerinə yetirməyə başlayacaq. Elektron siqaretlə trafikin qarşılıqlı əlaqəsini nəzərdə tutan başqa hücum variantı da mövcuddur.
Bir çox istifadəçilər artıq hücumu sınaqdan keçirərək “YouTube” videohostinqində video yerləşdiriblər.


Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL