waplog

Stiv Cobs Kaliforniyada dəfn edilib


“Apple” şirkətinin mərhum sabiq lideri Stiv Cobs oktyabr ayının 7-də Kaliforniyada dəfn edilib. Dəfn mərasimi onun xahiş etdiyi kimi (sakit, heç bir təmtəraq və mətbuat olmadan) keçib.

Dəfndə yalnız onun ailəsi və ən yaxın dostları iştirak ediblər. Dəfndə Cobsun həyat yoldaşının, uşaqlarının, həmçinin “Apple” şirkətinin keçmiş və indiki top menecmentinin iştirak etdiyi bildirilir.

“Apple” şirkətindən bildiriblər ki, Cobs haqqında hər hansı şərh vermirlər və yalnız bildiriblər ki, şirkətdə “RememberingSteve@apple.com” poçt qutusu açılıb. Arzu edənlər öz fikirlərini, arzularını, başsağlıqlarını həmin ünvana göndərə bilərlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL