waplog

Süni intellekt insan fikrini anlayacaq


ABŞ-ın Karnegi-Mellon Universitetinin alimləri baş-beyinin sintiqrafiyasını analiz edərək insanın nə barədə fikirləşməsini ehtimal edən dərin təlim alqoritmi hazırlayıblar. Beyinin göndərdiyi siqnalların interpretasiyası süni intellektə hətta mürəkkəb cümlələri başa düşməyə imkan verir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, tədqiqatçılar kompüter təlimi alqoritmlərini funksional maqnit-rezonans tomoqrafiyası üçün cihaz vasitəsilə toplanan məlumatlarla təchiz ediblər. Onları öyrənən süni intellekt beyinin bu və ya digər fikirlərin yaradılması üçün istifadə etdiyi zəncirvarı xətti müəyyən ardıcıllıqda qurub.

Məlumata görə, beyinin ümumilikdə ayrı-ayrı insanlara, yerə və ya fiziki hərəkətlərə təxminən 240 reaksiyası müəyyənləşdirilib. Alqoritmlər onlara məlum reaksiyaları maqnit-rezonans tomoqrafiyası məlumatları ilə müqayisə edərək hazırda insanın nə barədə düşünməsini anlamağa çalışıblar. Alimlərin təəccübünə baxmayaraq fərziyyələrin dəqiqliyi çox yüksək (87 faizədək) olub. Bundan başqa, süni intellekt əməliyyatı əks istiqamətdə apararaq maqnit-rezonans tomoqrafiyası fotoşəkilində insandan alınan cümləni göstərib. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL