waplog

Ədliyyə Nazirliyinin 2 yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına Ədliyyə Nazirliyinin daha 2 yeni xidməti inteqrasiya edilib.
 
Bunlar "Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında" və "Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması" elektron xidmətləridir.
 
Beləliklə, sözügedən qurumun portalda olan elektron xidmətlərinin sayı 24-ə çatıb.
 
Qeyd edək ki, hər iki xidmət qeydiyyatlı olduğu üçün xidmətlərdən istifadə etmək istəyən istifadəçinin "Elektron hökumət" portalında qeydiyyatdan keçməsi mütləqdir.
 
"Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında" adlı xidmətdən istifadə etmək üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qeyri-kommersiya hüquqi şəxsin və ya təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN-i tələb olunur. "Elektron hökumət" portalından Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər içərisindən adı çəkilən xidməti seçən istifadəçi əvvəlcə təşkilatın hüquqi formasını seçərək "Növbəti" düyməsini sıxır. Açılan səhifədə anket məlumatlarının tamamlanması tələb olunur. Anket tamamlanaraq "İrəli"düyməsi aktiv edilir və açılan səhifədə anket məlumatları əsasında tərtib olunmuş ərizə forması görünür. Ərizənin mətni ilə tanış olan istifadəçi "Təsdiq" düyməsini seçməklə ərizəsini təsdiq edib aidiyyəti quruma ünvanlayır.
 
Elektron xidmətin icra müddəti "Ədliyyə" qəzetinin dərc edildiyi gündən 3 gün təşkil edir. Nəticədə istifadəçi qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunma faktını təsdiq edən "Ədliyyə" qəzetinin müvafiq nüsxəsini əldə edir.
 
"Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması" xidmətindən istifadə edən fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmalar ilə bağlı SMS vasitəsilə məlumatlandırılır. Şəxsiyyət vəsiqəsinin nömrəsini (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) və mobil telefon nömrəsini daxil edərək xidmətə abunə olan istifadəçidən müvafiq mobil operatorlar tərəfindən SMS-in sayına və həcminə uyğun xidmət haqqı tutulur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL