waplog

“WhatsApp” messenceri “YouTube” videosunu dəstəkləməyə başlayacaq


Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, məlumata görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar. Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.   
 
Məlumata görə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir. “Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki bu imkandan məhrumdur.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL