waplog

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron sənəd dövriyyəsi sistemini tətbiq edib


Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirliyinin mərkəzi aparatında EMC Documentum elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə işlərin başa çatdığını elan edib.

Sistem həmçinin nazirliyin funksional xidmətlərində - Dövlət Əmək Müfəttişliyi, Dövlət Məşğulluq və Dövlət Sosial Təminat xidmətlərində tətbiq edilib.

Sistemin işə salınması ilə əlaqədar inzibatçılar üçün təlim keçirilib. Layihənin növbəti mərhələsi, nazirliyin bütün regional bölmələrini əhatə etməsi məqsədilə, sistemin genişləndirilməsi olacaq.

İşlər Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Pensiya və sosial yardım" layihəsi çərçivəsində aparılıb. Sistemin tətbiqi Rusiyanın KORUS Konsaltinq sistem inteqratoru tərəfindən həyata keçirilib.

EMC Documentumun tətbiqinin nəticəsində daxil olan və göndərilən sənədlər, daxili yazışmalar, əmrlərlə işlər avtomatlaşdırılıb. Əmrlərin verilməsi avtomatlaşdırılıb, bölmələr arasında elektron sənəd dövriyyəsi qaydaya salınıb.

Bundan başqa, sistemdə vətəndaşların müraciətləri qeydə alınır, onların işlənməsinə və icrasına nəzarət həyata keçirilir və emal edilir. Layihənin reallaşdırılması zamanı EMC Documentum interfeysi Azərbaycan dilinə lokallaşdırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL