waplog

“iPhone 8” modelində “ağıllı” kamera quraşdırılacaq


Proqram tərtibatçısı Gelerme Rembo "iPhone 8" smartfonunun kamerası barədə yeni məlumatlar təqdim edib. 

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, o, interfeys kodunda sifətin və obyektlərin tanınmasına cavabdeh olan yeni "SmartCamera" funksiyasını aşkarlayıb.    "iPhone" kamerası mənzərəni aşkarladıqdan sonra şəkilin daha yaxşı çəkilməsi üçün ideal ekspozisiya, sürgü sürəti və digər parametrləri quraşdıracaq.
 
Qeyd edək ki, əksər "DSLR" kameralar müxtəlif tip şəkillər üçün xüsusi konfiqurasiyalara malikdir. "Apple" şirkətinin də oxşar addım atacağı gözlənilir. Bundan əlavə, kadrda hərəkət edən obyektləri tənzimləyən "freezeMotion" funksiyası sadalanır. "iPhone 8" kamerasının lazımi kadrları özü seçə biləcəyi qeyd edilir. Hazırkı "iPhone" modelləri obyektləri tanısa da, bunu yalnız "Foto" proqramında hazır şəkillərdə edə bilir. "iPhone 8" modelinin bunu real vaxt rejimində edə biləcəyi ehtimal olunur.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL