waplog

Üçölçülü qrafik təsvirlər yaradan süni intellekt proqramı nümayiş olunub


“NVIDIA” şirkəti “SIGGRAPH” (Special Interest Group on Graphics and Interactive Techniques — Qrafik və interaktiv metodlar üzrə xüsusi qrup) konfransında üçölçülü qrafik təsvirlər yarada bilən süni intellekt proqramını nümayiş etdirib. Süni intellekt və “3D” rəssamların əsərlərini müqayisə edən mütəxəssislər proqramın vəzifələrin öhdəsindən insanlar kimi yaxşı gəlməsi qərarına gəliblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, bu isə o deməkdir ki, süni intellekt insanların həyatını, məsələn, videooyun personajlarının sifətlərinin şəkillərini çəkməklə sadələşdirə biləcək. Belə ki, şirkətin “Holodeck” adlanan süni intellekt proqramı insan sifətinin üçölçülü modelinin yaradılması üçün peşəkar rəssam kimi təxminən eyni vaxt sərf edir.
 
Məlumata görə, hazırda həqiqiyə uyğun animasiyaya malik real sifəti çəkmək üçün insan çoxlu vaxt sərf edir. “Holodeck” hələlik eyni vaxt sərf etsə də, sürətlə öyrənməsinə görə tezliklə insanlara vaxta 80% qənaət etməyə kömək etməklə həqiqiyə uyğun sifət modelləri yaradacaq.
 
Şirkətin marketinq və texnologiyalar şöbəsinin vitse-prezidenti Qreq Estes bildirib ki, biz kompüter qrafikası dünyasını dəyişərək ona süni intellekt əlavə etmək istəyirik. “Hazırda biz “3D” qrafikasının tam dövriyyəsini yarada biləcək proqramın hazırlanması ilə məşğuluq. Lazımi səviyyəyə nail odluqdan sonra tərtibatçılar üçün proqram təminatı dəstlərinin buraxılışına başlayacağıq”, - vitse-prezident qeyd edib. 
 
Bildirilir ki, “3D” animasiya ilə məşğul olan süni intellektlə yanaşı, “NVIDIA” təsvirləri emal edərək onları daha realistik edən digər proqramlar hazırlayır. Şirkət süni intellekt proqramlarına böyük ümidlər bəsləyərək bu sahədə çalışacaq əməkdaşların işə qəbulunu və onların öyrədilməsini davam etdirir.
 
Bundan əlavə, şirkət “Bosch” ilə əməkdaşlığa başlayıb. Birgə fəaliyyət çərçivəsində şirkətlər tərəfindən avtomatik avtomobil idarəetmə texnologiyalarının buraxılışı və tətbiqi planlaşdırılır.
 
Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL