waplog

Nazir Stiv Cobsun ölümü ilə bağlı "Apple" şirkətinin icraçı direktoru Tim Kuka başsağlığı verib


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Apple” şirkətinin banisi Stiv Cobsun uzun sürən xəstəlikdən sonra vəfatı ilə əlaqədar şirkətin icraçı direktoru Tim Kuka başsağlığı məktubu ünvanlayıb.

Məktubda qeyd edilib; “Stiv Cobsun ölümü haqqında məlumatı dərin təəssüf hissi ilə qarşıladım və bu böyük itki ilə bağlı Sizin kədərinizə şərikəm. Mən həmişə cənab Cobsun dahi şəxsiyyətinə, yaradıcılıq potensialına və innovativ təşəbbüslərinə heyran olmuşam.

O, yeni və unikal texnologiyaların təşəbbüskarı olaraq, bizim şüurumuzu, həyatımızı və yeni texnologiyalara dair anlayışımızı dəyişən rəqəmsal möcüzələr yaradıb.

Cənab Cobs informasiya texnologiyaları (İT) sahəsinə çoxsaylı inqilabi dəyişikliklər gətirən və informatika elminə dəyərli töhfələr bəxş etmiş şəxs kimi bütün dünya insanlarının xatirəsində daima yaşayacaqdır.

Mən, öz adımdan, eləcə də, Azərbaycanın İnformasiya Cəmiyyəti adından mərhumun ailəsinə, onun kolleqalarına və “Apple İnc.” şirkətinin əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm”.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL