waplog

“Intel” şirkəti 100 sürücüsüz avtomobildən ibarət park yaradır


Bu yaxınlarda “Intel” şirkəti tərəfindən sürücüsüz avtomobillər üçün avadanlıq istehsalı ilə məşğul olan “Mobileye” şirkətinin satın alınması texnologiya nəhənginin sürücüsüz nəqliyyat vasitələri ilə məşğul olmaq niyyətindən xəbər verir. “Intel” şirkəti sürücüsüz avtomobillərdən ibarət park yaratmaq planını açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, “Mobileye” şirkətinin avtonom  avtomobillər sistemi artıq bir çox unikal avtomobil modelinə inteqrasiya edilib. Bu şirkəti satın almış “Intel” korporasiyası firmanın kompüter görüntüsü, kompüter təlimi və xəritəçəkmə sahəsi üzrə biliklərini öz hesablama gücü ilə birləşdirməyə ümid edir. Texnologiya nəhənginin “Mobileye” firması ilə birgə yaratmaq istədiyi universal sistem avtomobillərə bir-biri ilə daima məlumat mübadiləsi etməyə və onları bulud saxlanc sistemində saxlamağa imkan verəcək.
 
“Intel” şirkəti 100 sürücüsüz avtomobildən ibarət park yaratmağa hazırlaşır. Şirkət bu avtomobilləri artıq cari ildə ABŞ, Avropa və İsrailin avtomobil yollarında sınaqdan keçirməyi planlaşdırır. Bu, dördüncü avtonom səviyyəyə malik tamamilə sürücüsüz avtomobillər olacaq ki, bu da tam müstəqillik ifadə edir. Yalnız beşinci avtonom səviyyə istənilən yol və hava şəraitində insan müdaxiləsi tələb etmir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL