waplog

Alimlər yeni ekranın köməyi ilə smartfona müdaxilə üsulunu tapıblar


Ben-Quriona Universitetindən olan alimlər qrupu dəyişdirilmiş sensor displeyin köməyi ilə smartfonlara müdaxilə üsulunu aşkar ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər sözügedən metodu “Nexus 6P” smartfonu və “LG G Pad 7.0” planşeti üzərində yoxlayıblar. Bu qurğulara zərərverici proqram təminatına malik mikrokontrollerlər qoşulub. Nəticədə alimlər ekrana toxunuşları imitasiya etməyə, şəkil və proqram məlumatlarını yadda saxlamağa müvəffəq olublar, həmçinin cihaza qurulmuş brauzerləri fişinq saytlara yönləndirmək imkanı əldə ediblər.

Bu hücumun özəlliyi ondadır ki, onu aşkar etmək çox çətindir: antiviruslar zərərverici proqram təminatını görmür, sözügedən proqram isə əməliyyat sisteminin yenilənməsi və ya qurğunun parametrlərinin sıfırlanmasından sonra da silinmir. Alimlərin fikrincə, çoxlu sayda qurğunun məqsədyönlü şəkildə belə hücuma məruz qalmasını istisna etmək olmaz. Buna görə alimlər smartfon istehsalçılarına təmir zamanı belə müdaxilə imkanını nəzərə almağı və müvafiq müdafiə sistemi yaratmağı tövsiyə ediblər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL