waplog

Dünyada ən sürətli smartfon bəlli olub


Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, “AnTuTu” reytinqinin yaradıcılarının qiymətləndirməsinə görə, hazırda Çinin “OnePlus 5” (181 min bal) ən sürətli smartfon hesab edilir, “HTC U11” (180 min bal) ikinci yeri, “Samsung Galaxy S8+” (172,6 min bal), “Galaxy S8” (172,4 min bal) və “Xiaomi Mi6” (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.

Ən məhsuldar smartfonların siyahısına, həmçinin “iPhone 7 Plus”, “Sony Xpreia XZ Premium”, “iPhone 7”, “OnePlus 3T” və “OnePlus 3” smartfonları daxil edilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL