waplog

“LG” şirkəti “V30” smartfonunu təqdim edib


“LG” şirkəti köməkçi displeyə malik “V” istehsal xəttinə məxsus yeni qabaqcıl smartfonunu təqdim edib. Amma bu il smartfon köməkçi displeydən  məhrum edilib.

Kiçikölçülü əlavə ekran bu istehsal xəttinə aid smartfonların əsas özəlliyi idi, amma cari ildə qurğu köməkçi ekrandan məhrum edilib və əsas ekranın diaqonalı artırılıb. “LG V30” smartfonunun korpusu “Gorilla Glass 5” qorunmuş şüşəsindən hazırlanıb. Arxa paneldə barmaq izi skaneri quraşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, smartfon 2880x1440 piksel təsvir ölçülü 6 düymlük diaqonala malik OLED displeylə təchiz edilib. Çərçivələr azdır, ön paneldə loqotip yoxdur, “HDR 10” və “Google Daydream” texnologiyaları dəstəklənir.

“V30” və “V30+” modelləri satışa çıxarılacaq. Hər iki model “Qualcomm Snapdragon 835” prosessoru və 4 QB əməli yaddaşla təchiz edilib. Əsas fərq fləş daşıyıcıların tutumundadır: müvafiq olaraq 64 QB və 128 QB təşkil edir. Smartfonlar 2 TB-dək “microSD” kartlarını dəstəkləyir.

İkiqat kamera 16 və 13 meqapiksellik modullardan ibarətdir. Ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.
Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir, “Bluetooth 5”, təmassız ödənişlər üçün “NFC” modulu, “USB Type-C 2.0” nəzərdə tutulub. “V30” smartfonu “IP 68” standartı üzrə su və toza qarşı davamlıdır. Smartfonun qiyməti məlum deyil.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL