waplog

“Samsung” şirkəti “Galaxy J7+” smartfonunu təqdim edib


Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “Galaxy J7+” smartfonunu təqdim edib.

Yeni qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük Super AMOLED displeyi, 2,4 QHs-dək səkkiz nüvəli “MediaTek Helio P20” prosessoru,  “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların ötürülmə sürəti 300 Mbit/san təşkil edir) modemi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. 256 QB-dək tutumlu çıxarılıb taxılan “microSD” daşıyıcılarının qurğuya qoşulması mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir.

Bundan başqa, qurğu “GPS”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.2” simsiz rabitə modulları, 3000 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Barmaq izləri skaneri və 2 “SIM” kart üçün slot var.

“Samsung Galaxy J7+” smartfonu 22 sentyabr 2017-ci ildə satışa çıxarılacaq. Cihazın qiyməti təxminən 388 dollar təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL