waplog

Danışan “Amazon” dronları yaradılacaq


"Amazon" şirkəti danışan uçan aparatların yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib. 

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, patentə görə, "Amazon" dronları informasiya tələb etmək və ya sualları cavablandırmaq üçün yaxınlıqdakı insanla səsli dialoq qura biləcək. Həll təkcə təhlükəsizlik məqsədilə deyil, müştərilərin rahatlığı üçün faydalı olacaq. Məsələn, danışan uçan aparatdan çatdırılmanı başqa vaxta keçirməyi xahiş etmək mümkün olacaq.  

Bundan başqa, patentdə qeyd olunur ki, dron insandan ona sifariş verməzdən əvvəl identifikasiyadan keçməyi tələb edəcək.

Məlumata görə, "Amazon" hazırda dronlarla çatdırılmanın səhvsiz yerinə yetiriləcəyinə zəmanət verə bilmir. Belə ki, patentdə aparatın enerjisinin tükənə, nə iləsə toqquşa və ya çaşqınlıq vəziyyətinə düşə bilməsi göstərilir. Danışmaq imkanı sayəsində dron yaxınlıqdakı insandan lazımi əməliyyatların yerinə yetirilməsini (dronun olduğu yer barədə məlumat vermək, onun yerini dəyişmək, açmaq, idarəetmə mərkəzinə və ya enerjidoldurma yerinə göndərmək) xahiş edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL