waplog

“Mastercard” bank kartlarının istifadəçiləri təhlükə altındadır


“Eset” antivirus şirkəti “Mastercard” bank kart sahiblərinin üzləşdiyi fırıldaqçılıq haqda məlumat veriblər. Hakerlər ödəniş sistemi adından fişinq məktubları göndərirlər və istifadəçilərin məlumatlarının oğurlanması  üçün Meksika hökumətinin müdaxilə edilmiş saytından istifadə edirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hakerlər müraciət mətnində istifadəçiyə onun hesabının bloklanması haqda  məlumat verir və əslində fişinq saytına yönəldən ünvana keçid etməyi təklif edir. Həmin ünvanda qurban, guya ki, fərdi informasiyasını yenilədikdən sonra xidmətə giriş bərpa ediləcək.

Antivirus şirkətinin nümayəndəsi bildirir ki, saxta saytda fərdi və ödəniş məlumatlarından (nömrə, istifadə müddəti və bank kartının CVV-si) ibarət anketi doldurmaq təklif edilir. Anketi doldurub "Enter" düyməsinə sıxan istifadəçi bütün məlumatlarını hakerlərə göndərmiş olur ki, bundan sonra, ehtimal ki, bu informasiya kartdakı vəsaitin silinməsi məqsədilə istifadə ediləcək.

“Eset” antivirus şirkəti naməlum istifadəçilərdən göndərilən mesajlara məhəl qoymamağı, linklər üzrə keçid etməməyi, həmçinin kompüteri "Antifişinq" və "Antispam" funksiyalarına malik kompleks antivirusla qorumağı tövsiyə edirlər.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL