waplog

İtmiş smartfonların axtarışı üçün üsul kəşf edilib


Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar. Mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.

Məlumata görə, “SpeCam” istənilən materialı asanlıqla müəyyənləşdirməklə farforu keramikadan dərhal seçir. Mütəxəssislərin planına görə, nəticədə istifadəçilər əlavənin işini (məsələn, səsli siqnalı aktivləşdirmək) müstəqil konfiqurasiya edə biləcəklər.

Hazırda kommersiya istifadəsinə verilməyən “SpeCam” əlavəsi yalnız universitet laboratoriyası şəraitində mövcuddur.

Nizam Nuriyev
 



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL