waplog

“Samsung” məhsullarında boşluqların aşkarlanması üçün pul mükafatı təyin olunub


“Samsung” şirkətinin məhsullarında boşluqlar aşkarlayan ekspertlər üçün 200 min dollar məbləğində pul mükafatının verilməsini nəzərdə tutan proqram istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Mobile Security Rewards” adlanan proqram “Galaxy S”, “Galaxy Note”, “Galaxy A”, “Galaxy J”, “Galaxy Tab” istehsal xətti, eləcə də “S8”, “S8+” və “Galaxy Note 8” qabaqcıl smartfonları daxil olmaqla 38 “Samsung” mobil qurğusuna şamil edilir.  

Məlumata görə, Cənubi Koreya istehsalçısı, həmçinin “Bixby”, “Samsung Pay”, “Samsung Account”, “Samsung Pass” servislərində səhvlər aşkarlayan ekspertləri mükafatlandıracaq. Mükafatın minimal məbləği 200 dollara bərabərdir. Pulun məbləği boşluğun ciddiliyindən və təqdim olunan eksploytun keyfiyyətindən asılı olacaq.

Qeyd edək ki, “Samsung” məhsullarında boşluqların aşkarlanması üçün pulun məbləği digər nəhəng texnoloji şirkətlərlə müqayisədə bir qədər azdır. Məsələn, “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemində boşluqların aşkarlanması üçün 250 min dollar təklif edir. Bundan əlavə, “Facebook” və “Google” səhvlərin axtarışı üçün mükafatlar təyin edib. “Apple” şirkəti isə 200 min dollaradək mükafatı nəzərdə tutan proqramı istifadəçilərin ixtiyarına verib. “Adobe” şirkəti 2015-ci ildə səhvlərin aşkarlanması üçün proqram təşkil etsə də, digərlərindən fərqli olaraq pul mükafatı təklif etmir. Şirkət nümayəndələrinin sözlərinə görə, təklif olunan mükafat növü hakerlərin “HackerOne” platformasında nüfuzunun artmasına xidmət edir.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL