waplog

Dubayda qurğuları enerji ilə dolduran “ağıllı” palmalar quraşdırılıb


Hazırda portativ texnikanı enerji ilə doldurmağa imkan verən ictimai yerlərin sayı məhduddur.

"ICTnews" Elektron Xəbər Xidməti "iPhones" resursuna istinadən yazır ki, Dubayda məsələyə yaradıcılıqla yanaşılaraq yerli parklarda günəşdən enerji alan və toplayan "ağıllı" palmalar quraşdırılıb. Hər ağac 8 enerjidoldurma nöqtəsi və 100 m məsafədə istənilən istiqaməti əhatə edən "Wi-Fi" şəbəkəsi nöqtələri ilə təchiz edilib.  

Məlumata görə, "Smart Palm" şirkəti "ağıllı" ağacları şəhər rəhbərliyi ilə imzalanan saziş çərçivəsində Dubay ətrafında 103 yerdə "əkməyi" planlaşdırır.

Şirkət təsisçisi Viktor Nelepanın sözlərinə görə, "Smart Palm" daimi əsasda "Wi-Fi"-ın verilməsi və enerjinin paylanması üçün nəzərdə tutulub.

"Smart Palm" nümayəndələri bildiriblər ki, "ağıllı" palmalar qurğuları standart enerjidoldurma vasitələri ilə müqayisədə iki dəfə tez enerji ilə doldurur.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL