waplog

Yaponiyada özü hərəkət edən əlil arabası hazırlanıb


Yaponiyada əlil arabasında əyləşmiş insanı müstəqil şəkildə təyinat nöqtəsinə çatdırmaq mümkün olacaq. Maraqlıdır ki, belə əlil arabaları öz sahibinin danışığını tanıyır, buna görə səsin köməyi ilə lazımi marşrutu təyin etmək və zərurət olduqda düzəliş etmək olar.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, müasir süni intellektlə təchiz edilmiş əlil arabası maneə və qarşıdan gələn insan axınını keçə bilir. Hazırda Kurume şəhərinin Texnologiyalar İnstitutu tərəfindən hazırlanmış əlil arabaları yoxlama mərhələsindədir. Onların yaxın 3-5 ildə satışa çıxarılacağı gözlənilir. "Biz bu əlil arabalarının hazırlanması ilə məşğul olduqda əsas məqsədimiz məhdud qabiliyyətli insanların küçədəki hərəkətini asanlaşdırmaq olub" – professor Daysuke Adzuma qeyd edib.

Əlil arabası geoməkan haqda məlumatları göstərən və optimal hərəkət marşrutu seçən smartfon və ya planşetlə qarşılıqlı əlaqə üzrə hərəkət edir. Ancaq hazırda Yaponiyanın qanunvericiliyi adi yollarda özü hərəkət edən əlil arabasından istifadəni qadağan edir. Yerli hakimiyyət ehtiyat edir ki, bu, texnologiyanın natamamlığına görə bədbəxt hadisələrə gətirib çıxara bilər. Ancaq belə əlil arabalarını böyük univermaq və ya muzeylərdə istifadə etmək mümkün olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL