waplog

Optik kvant yaddaş üzrə ilk mikrosxem yaradılıb


Kaliforniya Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış kompüter çipi kvant informasiyasını kubitlərdə işıq şəklində yadda saxlaya bilər. Bu, informasiyanı daha sürətli emal edən və göndərməyə imkan verən kvant kompüterləri və şəbəkələri texnologiyasında vacib addımdır.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, ənənəvi kompüter yaddaşında informasiya biti 0 və ya 1 şəklində saxlanılır. Kvant kompüterləri informasiyanı kvant bitlərində (kubitlər) saxlayır. Adi bitlərdən fərqli olaraq kubitlər yalnız 1 və ya 0 deyil, həm də eyni zamanda hər iki qiyməti ala bilərlər ki, bu da onlara məlumatları daha effektiv saxlamağa imkan verir. Kaliforniya Texnologiya İnstitutu tərəfindən hazırlanmış yeni çip informasiyanı işıq fotonlarına daşıyır ki, bu da daha mükəmməl kompüter qurğuları yaratmağa imkan verir.
 
İnformasiyanın uzaq məsafələrə ötürülməsi üçün nəzərdə tutulmuş kvant şəbəkələrində sözügedən çipi tətbiq etmək  üçün onlar məlumatları 1 milli-saniyədən çox saxlamaq imkanına malik olmalıdır. Alimlər yaxın gələcəkdə yeni texnologiyanı yaxşılaşdırmaq üzərində işləyəcəklər.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL