waplog

Kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər


"Doktor Veb" şirkətinin araşdırmasına görə, kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər.

“Linux.ProxyM” adlı zərərverici proqram yoluxmuş qurğuya hər gün təxminən 400 spam göndərir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, idarəedici serverdən yoluxmuş qurğuya SMTP serverin ünvanı, loqin və parol, elektron poçt ünvanlarının siyahısı və mesaj şablonundan ibarət komanda göndərilir. Göndərilmiş arzuolunmaz məktublarda "böyüklər” üçün müxtəlif saytlar reklam olunur.

“Linux.ProxyM” zərərverici proqramının köməyi ilə hücumlar daha çox Braziliya və ABŞ-da qeydə alınır. İlk üçlükdə Rusiya da yer alıb.

Ekspertlər hesab edirlər ki, “Linux” troyanlar tərəfindən reallaşdırılan funksiyaların müxtəlifliyi gələcəkdə daha da genişlənəcək. "Əşyalar interneti" uzun müddətdir virus yazanların maraq dairəsindədir. “Linux” üçün zərərverici proqramların geniş yayılması buna sübutdur.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL