waplog

Avtonom “Samsung” texnologiyalarının inkişafına 300 milyon dollar xərclənəcək


“Samsung Electronics” şirkəti pilotsuz texnologiyalarla əlaqədar layihələrin maliyyələşdirilməsi ilə məşğul olacaq “Automotive Innovation Fund” investisiya fondunu yaradıb. Bu barədə şirkətin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, fond Avstriyanın avtonom idarəetmə alqoritmlərinin və müasir sürücü yardımçı sistemlərinin (ADAS, advanced driver-assistance systems) hazırlanması ilə məşğul olan “TTTech” şirkətinə 89 milyon dollar investisiya yatırmağı planlaşdırır. Cənubi Koreya istehsalçısı ümumilikdə oxşar layihələrin inkişafına 300 milyon dollara yaxın vəsait sərf etməyi nəzərdə tutur.

Bundan başqa, “Samsung” “ADAS” həlləri hazırlayacaq “Strategic Business Unit” strukturunu təsis edib. Yeni bölmə “Samsung”un 2016-cı ilin noyabrında 8 milyard dollara satın aldığı “Harman” şirkətinin zavodlarında fəaliyyət göstərəcək.   

Bundan əvvəl “Samsung” nümayəndələri “CNet” nəşrinə bildirib ki, şirkət sürücüsüz avtomobil yaratmaq niyyətində deyil və səylərini yalnız belə avtomobillər üçün texnoloji həllərin yaradılmasına yönəltməyi planlaşdırır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL