waplog

Çində ilk kommersiya tipli kvant rabitə şəbəkəsi istifadəyə verilib


Çində kommersiya yönümlü olduqca təhlükəsiz kvant rabitə şəbəkəsi üzərində işlər başa çatıb. Yaxın vaxtlarda rabitə şəbəkəsinin istismara verilməsi planlaşdırılır.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yenilik Çinin Kvant Texnologiyalar İnstitutunda işləyən alimlər tərəfindən hazırlanıb. Yeni kvant rabitə şəbəkəsi Szinan şəhərindəki istifadəçilər arasında əlaqə yaratmaq üçün istifadə olunacaq. Az sonra o, Pekin və Şanxayı birləşdirəcək analoji şəbəkəyə birləşdiriləcək. Beləliklə, Çində dünyada ən böyük kvant şəbəkəsi fəaliyyət göstərəcək.

Szinan şəhərində yerləşən Kvant Texnologiyalar İnstitutunun mütəxəssisləri iki ay bundan əvvəl lazımi testləri keçiriblər və artıq şəbəkə tam hazırdır. Alimlər bildiriblər ki, sınaqlar gedişində yaxşı nəticələr əldə edilib (xüsusilə məlumatların təhlükəsiz ötürülməsi və telefon zəngləri sahəsində). Kvant texnologiyasından istifadə sayəsində şəbəkəyə kənardan müdaxilə praktik olaraq mümkün deyil.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL