waplog

“Windows 10” sistemində proqramların kamera və məlumatlara girişi üçün icazə tələb olunacaq


“Microsoft” şirkəti 17 oktyabr tarixində çıxarılacaq “Windows 10” əməliyyat sisteminin yenilənməsində (“Fall Creators Update”) proqramların kompüter sistemləri və istifadəçi məlumatlarına giriş siyasətinə aid olan bir sıra dəyişikliklər tətbiq edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, indi quraşdırmadan sonra bütün proqramlar işə başlamazdan öncə qurğunun kamerası, mikrofon, kontakt, təqvim və başqa məlumatlara giriş üçün icazə istəyəcəklər. “Android” mobil əməliyyat sisteminin son versiyalarında proqramların hüquqları məhz bu qaydada tənzimlənir.

Bildirək ki, cari ilin aprelində “Microsoft” şirkəti tənqidçilərin təzyiqi altında onun əməliyyat sistemi tərəfindən toplanılan məlumat tiplərinin tam siyahısını təqdim etməyə dair qərar verib. "Biz ilk dəfə standart səviyyədə toplanılan diaqnostik məlumatların tam siyahısını dərc edirik – “Windows”un top meneceri Terri Mayerson deyib.

“Microsoft” tərəfindən toplanılan məlumatlara baxmağa imkan verən alət “Windows 10” sisteminin son yenilənməsinin (“Creators Update”) tərkibinə daxil edilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL