waplog

“Gmail” ünvan və telefon nömrələrini linkə çevirəcək


“Google” şirkəti “Gmail” və “Inbox by Gmail” poçt xidmətləri üçün çoxdan gözlənən faydalı funksiyanı istifadəyə verib. İndi sözügedən xidmətlərin veb versiyaları, həmçinin “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün “Gmail” və “Inbox by Gmail” proqramları telefon nömrəsi, adi ünvan və ya elektron poçt ünvanını linklərə çevirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ünvanı göstərən linkin üzərinə sıxan istifadəçi “Google Maps”ə daxil olacaq, telefon nömrəsindən ibarət link telefon proqramında, elektron poçt ünvanından ibarət link isə  poçt proqramında açılacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL