waplog

ABŞ-ın “Pi” startapı tamamilə simsiz enerjidoldurma stansiyası yaradıb


Mövcud olan simsiz enerjidoldurma texnologiyaları yalnız xüsusi meydançada smartfonu kabelsiz enerji ilə doldurmağa imkan verir. Son illərdə müxtəlif mütəxəssislər tamamilə simsiz enerjidoldurma stansiyası yaratmağa cəhd göstəriblər. ABŞ-ın “Pi” adlı startapı iddia edir ki, indi enerjidoldurma stansiyasından kənarda yerləşən qurğulara məsafədən enerji yükləmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Pi” enerjidoldurma stansiyası kiçik konus formasında hazırlanıb. Onun iş prinsipi maqnit-rezonans texnologiyasına əsaslanır, amma o, enerji doldurmaq üçün qurğu ilə birbaşa kontakt tələb etmir.

İstifadəçilər  planşet və smartfonları “Pi” stansiyasından sadəcə 30 sm-dək məsafədə yerləşdirməklə akkumulyatoru enerji ilə doldurmaq imkanı əldə edəcəklər. Eyni anda 4 cihazı enerji ilə doldurmaq mümkündür. Çoxlu sayda qurğunu stansiyaya əlavə etdikdə enerjidoldurmanın ümumi sürəti azalır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL