waplog

Dünyada 14 TB tutumunda ilk sərt disk təqdim edilib


“Western Digital” şirkəti tərəfindən hazırlanmış “HGST Ultrastar Hs14” modeli dünyada 14 terabayt (TB) tutuma malik ilk sərt diskdir.

Korporativ sinfə məxsus məhsullara aid olan yeni sərt diskdə dördüncü nəsil “Western Digital HelioSeal” texnologiyası tətbiq edilib. Heliumla hermetik doldurulma daşıyıcının yüksək tutumuna, etibarlılığına və enerji effektivliyinə nail olmağa imkan verib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 3,5 düymlük form faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq, buferin həcmi 512 MB, imtinaya qədər işləmə vaxtı 2,5 milyon saat təşkil edir.

14 TB-lıq sərt diskin qiyməti və satışa çıxarılma tarixi hələ ki elan edilməyib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL