waplog

Yeni “Samsung” virtual reallıq kaskası iki hərəkət kontrollerinə malikdir


“Samsung” şirkəti “Microsoft” korporasiyası ilə tərəfdaşlıq çərçivəsində yaradılan “Samsung HMD Odyssey” virtual reallıq kaskasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, kaska 11 dərəcəlik baxış bucağına malik iki 3,5 düym diaqonallı “AMOLED” ekran, 350 dərəcəlik səs sistemi (quraşdırılmış AKG qulaqcıqları) və iki hərəkət kontrolleri ilə təchiz olunub. İstifadəçilər qarnituru çıxarmadan quraşdırılmış mikrofon vasitəsilə digər oyunçularla ünsiyyət qura biləcəklər.

Məlumata görə, qarnitur oktyabrın 17-də rəsmən istifadəyə veriləcək “Windows Mixed Reality” platformasını dəstəkləyir.

Mütəxəssislər qeyd edir ki, əksər oxşar qarniturlardan fərqli olaraq “Samsung HMD Odyssey” istifadəçiləri əlavə hərəkət ötürücüləri quraşdırmayacaqlar: işə başlamaq üçün sadəcə kompüterə qoşulmaq tələb olunur.

Virtual reallıq kaskası intuitiv və təbii hərəkətləri təmin edən “Six Degrees of Freedom” ötürücüsü ilə tədarük edilir.

Noyabrın 6-da satışa çıxarılacaq “Samsung” qarnitur dəstinin ilkin qiyməti 499 dollar təşkil edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL