waplog

2017-ci ilin ən yaxşı smartfonları bəlli olub


“TechRadar” tərəfindən təşkil edilmiş “Mobile Choice Consumer Awards 2017” illik mərasimində 2017-ci il üzrə mobil bazarla bağlı ən yaxşı smartfon, servis və məhsulların adı açıqlanıb. “Samsung” şirkəti iki ən nüfuzlu mükafata layiq görülüb. Cənubi Koreya şirkəti ən yaxşı istehsalçı, “Galaxy S8” isə 2017-ci ilin ən yaxşı smartfonu adına layiq görülüb.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, “Honor” brendi gözlənilmədən "One to Watch" kateqoriyasında mükafata, “Honor 9” isə orta sinif üzrə ən yaxşı smartfon adına layiq görülüblər. Münsiflər heyəti “Moto E4” qurğusunu ən yaxşı ucuz smartfon adlandırıb. Sözügedən smartfon bu nominasiyada “Honor 5C”, “Nokia 3310”, “Samsung Galaxy J3”, “Sony Xperia XA” və “Vodafone Smart N8” qurğularını geridə qoyub.

“Apple Watch 2” ən yaxşı smart saat adına layiq görülüb, fitnes üçün daşınan qurğular kateqoriyasında isə “Fitbit Charge 2” qurğusu, “Google Home” internetə qoşulmuş cihazlar kateqoriyasında qalib olublar. “Amazon” isə ən yaxşı onlayn mağaza elan edilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL