waplog

Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir


Argentina Respublikasının Buenos-Ayres şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (WTDC) öz işinə başlayıb.  
 
Konfransda Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov da iştirak edir.
 
Tədbirin açılışı mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi cənab Antonio Qutyerresin video mesaji səslənib.
 
Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Jao, Argentinanın Nazirlər Kabinetinin rəhbəri Markos Pena, Argentinanın Modernləşdirmə naziri Andres İbarra çıxış ediblər.
 
 
Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir.
 
Azərbaycan da Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların iclaslarda məruzə edilməsində fəallıq göstərəcək.
 
Tədbirdə BTİ-nin aparıcı struktur bölməsi olan Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. Maraqlıdır ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib.
 
Konfrans öz işini oktyabrın 20-dək davam etdirəcək.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL