waplog

Dördkameralı “ZTE Nubia Z17S” smartfonu rəsmən təqdim olunub


“ZTE” şirkəti çərçivəsiz ekran və dörd kamera ilə təchiz edilən yeni qabaqcıl “Nubia Z17S” smartfon modelini rəsmən təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğunun üst tərəfini tam əhatə edən displeyin diaqonalı 5,73 düym, təsvir ölçüsü “Full HD+” (2040 x 1080 piksel) təşkil edir. Smartfon müasir “Qualcomm Snapdragon 835” prosessoru əsasında işləyir və komplektləşmədən asılı olaraq 6 və ya 8 giqabaytlıq operativ yaddaş və 64 və ya 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunur.

Məlumata görə, “Nubia Z17S” smartfonunun əsas kamerası 23 və 12 meqapiksel təsvir ölçülü iki moduldan ibarətdir. Qurğunun ön hissəsində isə 5 meqapikselli sensor quraşdırılıb.

Bundan başqa, 3100 milliamper/saat tutumlu akkumulyatora malik smartfon “USB Type-C” interfeysi ilə təchiz edilib və iki SİM kartdan istifadəni dəstəkləyir. Smartfon “Nubia UI 5.1” interfeysli “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Oktyabrın 19-dan etibarən satışa çıxarılacaq yeni smartfonun kiçik versiyasının qiyməti 455 dollar, əsas versiyasının 600 dollar təşkil edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL