waplog

“Apple” “iPad” planşetinin ucuz modelini hazırlayır?!


“Ticonderoga Securities”-in analitiki Brayan Uayt “Apple” şirkətinin tezliklə “iPad” planşetinin büdcəyə uyğun versiyasını təqdim edə biləcəyi haqqında informasiya yayıb.

Cənab Uaytın bəyanatı kompyuter komplekt təchizatçılarından əldə edilmiş informasiyaya əsaslanır. Qurğu guya “iPad mini” adlanacaq, bu halda "mini" sözü ehtimal ki, kiçik sensor ekranı deyil, aşağı qiyməti bildirir. Yeniliyin dəyərinin 200 dolları ötməyəcəyi güman edilir.

“iPad mini” 2012-ci ilin əvvəlində işıq üzü görəcək. İlkin hesablamalara əsasən, 2011-ci ildə təxminən 63,6 milyon planşet satılacaq. “Apple” şirkətinin bazardakı payı 73,4% təşkil edəcək.

Qeyd edək ki, keçən il bu göstərici 83.4% olub. Ekspertlər güman edirlər ki, 2012-ci ildə planşet tədarükləri 100 milyonu ötəcək və onilliyin ortalarında 326 milyona çatacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL