waplog

Mətn mesajlarında yalanı aşkar etmək üsulu məlum olub


Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar. Bu haqda “Daily Mail” nəşri yazır.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən alimlər ilk öncə “Android” sistemi üçün messencer yaradıblar, bundan sonra isə təxminən 1700 dialoq toplayıblar. Daha sonra alimlər yazışmaları 2 qrupa (düzgün və yalan mesajlardan ibarət) bölüblər və onları təhlil etməyə başlayıblar.

Məlum olub ki, qadınlarla müqayisədə kişilərin yazışmasında yalanı aşkar etmək çətindir. Tədqiqat müəlliflərinin sözlərinə görə, qadınlar yalan danışmaq istədikdə uzun cümlələrdən istifadə edirlər, halbuki bu, kişilərdə müşahidə olunmur.

Bundan başqa, qadınlar yalan danışarkən daha çox "mən", kişilər isə "mənim" əvəzliyindən istifadə edirlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL