waplog

“YouTube” mobil tətbiqində çərçivəsiz smartfonlar üçün böyütmə rejimi əlavə edilib


Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayırlar. Amma bu, həmişə (xüsusilə 16:9 formatında video izləyərkən) əlverişli deyil. İndi “YouTube” mobil tətbiqində videonu ekranın ölçüsünə uyğun sazlamaq olar.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, ehtimal ki, “YouTube” mobil tətbiqinin son yeniləməsi xüsusi olaraq “Pixel 2 XL” üçün çıxarılıb. “Google” son yeniləməyə istifadəçilərə izlənilən videonu ekranın ölçülərinə uyğunlaşdırmağa imkan verən yeni imkan əlavə edib.

“Samsung” şirkəti göstərilən çarxların tərəflər nisbətini dəyişmək üçün əməliyyat sisteminə müvafiq funksiyanı əlavə edib. Amma “YouTube” mobil tətbiqinə gəldikdə isə funksionallıq proqrama tətbiq edilib. Bunun üçün videonu tam ekran rejimində izləmək üçün böyütmə jestindən və ya ilkin tərəflər nisbətinə geri dönmək üçün azaltma jestindən istifadə etmək lazımdır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL