waplog

“Kinect” kontrollerinin istehsalı dayandırılıb


“Microsoft” korporasiyası kontaktsız simsiz “Kinect” kontrollerinin istehsalını dayandırıb. Bu barədə qurğu yaradıcısı Aleks Kipman bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, əvvəlcə “Xbox 360” oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan “Kinect” 2010-cu ildə təqdim edilib. Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır.

İstehsal dayandırıldıqdan sonra qurğunun pərakəndə satış nöqtələrində anbar ehtiyatları tükəndikcə tədricən satışdan çıxarılacağı gözlənilir.

Korporasiyanın “Kinect” kontrollerinə texniki dəstək göstərməkdə davam edəcəyi qeyd olunur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL