waplog

Dünyada ən güclü smartfon hansıdır?


Müxtəlif cihazların sürətini təhlil edən “AnTuTu” proqramının yaradıcıları dünyada ən güclü və sürətli smartfonların reytinqini tərtib ediblər. “iPhone 8 Plus” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ötən ay müvafiq reytinqdə “OnePlus 5” və “HTC U11” smartfonları lider olmuşdular. İndi “Apple” şirkətinin istehsalı olan smartfonlar reytinqdə ilk pillələrdə qərarlaşıblar. “iPhone 8 Plus” smartfonu yoxlama zamanı 217 min bal, “iPhone 8” isə 209 min bal toplayıb. “OnePlus 5” qurğusu liderlərdən 30 min bal geri qalır. “HTC U11” və “ZTE nubia Z17” növbəti yerləri tutublar. “Samsung Galaxy Note 8”, “Xiaomi Mi6”, “Samsung Galaxy S8” və “S8+” sonrakı yerləri bölüşdürüblər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL