waplog

Ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar xatırlatma


Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarı ilə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarı ləğv edilmişdir. Bu səbəbdən 2016-cı ilin mart ayından yay vaxtı tətbiq edilmir.
 
Beynəlxalq təcrübəyə əsasən dünya üzrə vaxt zonalarının vahid verilənlər bazası (TZ database) Internet Assigned Numbers Authority (IANA) tərəfindən aparılır. Bu mənbə bütün proqram və avadanlıq istehsalçıları üçün əsas istinad yeridir və buradakı düzəlişlərə mütləq riayət edilir. Ölkəmizdən, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar tərəfindən edilmiş müraciətlərə əsasən artıq 23 mart 2016-cı il tarixində bu verilənlər bazasında Azərbaycanın vaxt zonası məlumatları düzgün göstərilmiş və yay vaxtına keçidin olmadığı qeyd edilmişdir.
 
Hazırda əsas proqram təminatı, kompüter, server, mobil telefon və s. istehsalçılarının məhsullarında bu məqam nəzərə alınmışdır. Əgər hər hansı bir problem varsa, proqram təminatının yenilənməsi həyata keçirilməlidir. Həmçinin, ”tarix və vaxt” menyusundan “avtomatik” rejimi deaktiv etməklə də bu problemi aradan qaldırmaq olar.
 
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda yay vaxtına keçid həyata keçirilmədiyi üçün oktyabr ayında saatlar geri çəkilməyəcək. 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL