waplog

İndi “WhatsApp” messencerində göndərilmiş mesajları silmək mümkündür


“WhatsApp” messencerində göndərilmiş mesajları silmək imkanı əlçatan olub. Bu haqda “9to5Mac” bloqu yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar, bu halda həmsöhbət "Bu mesaj silinib" yazısını görəcək. Mesajı silmək üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə sıxmaqla mesajı silə bilər.
 
Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir. 27 oktyabr tarixindən bütün istifadəçilər tədricən sözügedən funksiyadan istifadə edə biləcəklər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL