waplog

“Samsung Galaxy S9” və “Galaxy S9+” smartfonları necə olacaq?


“Phone Arena” nəşri “Samsung Galaxy S9” və “Galaxy S9+” smartfonlarının fotoşəkillərini təqdim edib. Qurğuların ekran ölçüsü və digər texniki xüsusiyyətləri “iPhone X” modelini geridə qoya bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, 2017-ci ilin “Samsung Galaxy” modellərinin dizaynının yeni qurğularda inkişaf etdiriləcəyi gözlənilir. Belə ki, smartfonların çərçivələrinin aşağı tərəfinin daha nazik, yuxarı tərəfinin isə ümumiyyətlə ləğv olunacağı gözlənilir.

Bildirilir ki, 2018-ci il modellərində iki əsas kamera sistemi quraşdırılacaq. Hazırda hər iki smartfonun onunla təchiz ediləcəyini və ya əlavə kameraya yalnız “Galaxy S9+” modelinin malik olacağını demək çətindir. Kameranın əlavə olunması barmaq izi skanerinin yerləşmə yerinə təsir göstərə bilər.

Bundan əvvəl “Samsung” istifadəçiləri qeyd edib ki, barmaq izi skanerinin yerləşdiyi yer kameraya çox yaxındır - daktiloskopik skaner üçün əlverişli yer deyil. İstehsalçının qurğuların blokdan çıxarılma prosesini yaxşılaşdıracağı və ötürücü və kameralar arasında məsafəni artıracağı ehtimal olunur. Mərkəzi oxda yerləşən skaneri həm sağ, həm də sol əllə idarə etmək mümkün olacaq.  

Yeni qurğuların ekranında 1440 х 2960 təsvir ölçülü və ya daha yüksək (QHD+ (3200×1800) təsvirli yeni nəsil “AMOLED Infinity” displeylər quraşdırılacaq.  

Məlumata görə, çərçivənin nazik üst tərəfində “3D” skanetmə sisteminin işi üçün lazım olan bir neçə ötürücü saxlanılacaq. Bu isə o deməkdir ki, yeni qabaqcıl “Samsung” modelləri “iPhone X” ilə müqayisədə istifadəçini tanıyan daha çox sistemlərlə təchiz ediləcək.

Barmaq izi skanerinin arxa panelə keçirilməsi korpusun ön hissəsində aşağı tərəfdən tam imtinaya imkan verir. Lakin “Samsung Galaxy S9” və “Galaxy S9+” modellərinin çərçivələrinin nə dərəcədə nazik olacağını demək hələ ki çətindir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL