waplog

İT əməkdaşları arasında ən populyar şirkətlər məlum olub


“SpaceX” və “Google” informasiya texnologiyaları (İT) sahəsində çalışan işçilər arasında ən populyar şirkətlər onluğuna başçılıq edir. Bu barədə “Hired” iş axtarışı servisinin apardığı tədqiqatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “Hired” mütəxəssisləri texniki sahədə çalışan 2340 amerikalı, eləcə də Böyük Britaniya, Sinqapur, Kanada və Avstraliya sakininin rəyini öyrənib. Servis nümayəndələri onlardan yerli şirkətlərə maraq səviyyəsini qiymətləndirməyi xahiş ediblər. Bundan başqa, onlara əməkdaşlıq etmək arzusunda olduqları digər şəhər və ölkələrin şirkətlərini sadalamaq təklif olunub.

Tədqiqatın nəticələrindən 10 ABŞ şəhərində, eləcə də London (Böyük Britaniya), Sidney və Melburn (Avstraliya) və Sinqapurda (Sinqapur) İT əməkdaşları arasında ən populyar şirkətlərin adı məlum olub.

Kanadanın Toronto şəhərinin sakinləri əsasən “Shopify” elektron ticarət platformasını yaradan startapda çalışmaq istədiklərini bildiriblər. İndeksin 85 bənd qiymətləndirilməsi şirkətə ümumi reytinqdə üçüncü yeri tutmağa imkan verib.

Nizam Nuriyev


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL