waplog

“Kosmik zibil”in izlənilməsi üçün radar istifadəyə veriləcək


Yaponiya Müdafiə Nazirliyi 2023-cü ilədək ölkədə Yer orbitində “kosmik zibil”in müşahidəsi üçün nəzərdə tutulan ilk radarı quraşdırmağı planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, radar Yaponiya özünümüdafiə qüvvələrinin qərbi Yamaquti prefekturasında yerləşən obyektlərindən birində yerləşəcək. Onun əsas vəzifəsi bilavasitə toqquşma təhlükəsiz yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanın əldə edilməsi olacaq. Radardan, həmçinin kosmik aparatların məhvi üçün mümkün silah tətbiqinin monitorinqi üçün istifadə planlaşdırılır.

Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlərə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi vəsait məbləğinin 2018-ci maliyyə ili (1 aprel 2018-ci il) üçün dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir.  

BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində “zibil”in çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.

Son 30 ildə “kosmik zibil”in sayının dəfələrlə artmasına görə onun təmizlənməsi problemi kəskin xarakter alıb. Bu səbəbdən müxtəlif ölkələrin mütəxəssisləri onun üzərində çalışaraq variantlar təqdim edirlər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL