waplog

Yeni “Wal-Mart” robotları malları çeşidləməyə kömək edəcək


“Wal-Mart” mağazalar şəbəkəsi işçilərə malların çeşidlənməsi və düzülməsi prosesində kömək edəcək robotlar yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, təkrar hesablama, vaxtı ötmüş malların seçilməsi, yararsız məhsulun axtarışı mağaza işçilərindən çox vaxt və güc tələb edir və bəzən insan faktoruna görə bu və ya digər məhsul növü itir, istifadə müddəti ötmüş mallar isə yararsızlarla birlikdə rəflərdə qalır.
 
“Wal-Mart” şirkəti prosesləri avtomatlaşdıraraq bunu qarşıya qoyulan məqsədin öhdəsindən insandan dəfələrlə tez və effektiv gələn xüsusi robot tərəfdaşlara həvalə etmək qərarına gəlib.
 
Məlumata görə, robotlar vaxtı ötmüş mallarla yanaşı, yerində olmayan və qiyməti və ya adı düzgün göstərilməyən məhsulları tanımağa kömək edəcək kameralarla təchiz edilib.  
 
Pilot robot nümunələri hazırda Arkanzas, Pensilvaniya və Kaliforniya kimi ştatların mağazalar şəbəkəsində tətbiq edilir. “Wal-Mart” şirkəti əməkdaşlara kömək etməklə onları tam əvəz etməyən yeni robotların mövcudluğunun iş yerlərinin sayına təsir göstərməyəcəyinə böyük diqqət yetirir.
 
Şirkət gələcəkdə də süni intellektdən həm mağazalarda köməkçi, həm də malların evlərə çatdırılması üçün kuryer qismində istifadə etmək niyyətindədir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL