waplog

“Galaxy S9” smartfonu üçün prosessor təqdim olunub


“Samsung” şirkəti mobil qurğular üçün qabaqcıl “Exynos 9810” prosessorunu rəsmən nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Galaxy S8” və “Galaxy Note8” smartfonlarında istifadə edilən “Exynos 8895” çipini əvəz edəcək yeni prosessorun Cənubi Koreya istehsalçısının 2018-ci ildə buraxılacaq “Galaxy S9” və “Galaxy Note9” modellərində quraşdırılacağı gözlənilir. “Qualcomm” şirkətinin “Snapdragon 845” prosessoru kimi, yeni çipset ikinci nəsil 10 nanometrlik texnoloji proses üzrə hazırlanacaq.
 
“Exynos 9810” çipi barədə ətraflı məlumat hələ ki verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, prosessorda üçüncü nəsil “custom” nüvələri, yenilənmiş qrafik sürətləndirici, məlumatları 1,2 Qbit/saniyəyədək sürətlə ötürmə imkanına malik və bazarda ilk dəfə olaraq “6CA” texnologiyasını dəstəkləyən “LTE” modemindən istifadə olunub.
 
Qeyd edək ki, indiyədək “Samsung”, həmçinin “Galaxy S9” smartfonunun təchiz ediləcəyi iki mobil kamera modulu təqdim edib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL